05.12.2019

Sınaq imtahanının nəticələrinin müzakirəsi ilə əlaqəli seminar keçirilib

3 dekabr tarixində Şamaxı Rayon Təhsil Şöbəsində 19 oktyabr tarixində IX siniflər üçün keçirilən sınaq imtahanının nəticələrinin müzakirəsi ilə əlaqəli seminar keçirilib. Müzakirələr mərhələli şəkildə keçirildiyi üçün seminarda bu dəfə şagird kontingenti 200-dən aşağı olan 51 məktəbin azərbaycan-dili və ədəbiyyat, riyaziyyat və xarici dili müəllimləri iştirak edib.

Seminarda Təhsil Nazirliyinin Şamaxı rayonu üzrə təyin etdiyi təhsil meneceri Zamilə Rəhimova məktəblər və suallar üzrə nəticələri təhlil edərək, zəif nəticə göstərən məktəblərin müəllimlərinə tövsiyyə və tapşırıqlar verib.

 Sonda müəllimlərin sualları və təklifləri dinlənilərək, müzakirələr aparılıb.
        Qeyd edək ki, dekabr ayının 14-də IX siniflər üçün ikinci sınaq imtahanı keçiriləcək.


Açar sözlər: ,  ,  ,