04.12.2019

“Bakutel 2019”    Sərgisində rayonumuzun məktəbliləri də xüsusi stendlə təmsil olunurlar.

3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində rayonumuzun məktəbliləri də xüsusi stendlə təmsil olunurlar.

Şamaxı şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Məmmədov Tural Alxas oğlu və Ələskərov  Rəvan Natiq oğlu öz yaratdıqları və "İ2B" layihəsinin qalibi seçilmiş "İGOR" təhsil proqramını təqdim edirlər.

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva  dekabrın 4-də Bakı Ekspo Mərkəzində Şamaxı rayonunun təmsil olunduğu stendlə yaxından tanış olaraq, şagirdlərimizlə görüşüblər.


Açar sözlər: ,  ,  ,