29 noyabr tarixində Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Bakı şəhər 245 nömrəli tam orta məktəbin biologiya müəllimi Dilşad Nağıyevanın Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin “Biologiya fənni üzrə qiymətləndirmə vasitələrinin ( test tapşırıqlarının ) hazırlanması” layihəsi üzrə qalib olaraq yazdığı 7-ci siniflər üçün biologiya fənni üzrə testlər toplusunun təqdimat mərasimi keçirilib. Tədbirdə Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev, təhsil işçiləri və rayonun ümumtəhsil məktəblərinin biologiya müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev III qrant müsabiqəsinin əhəmiyyətindən bəhs edərək müəllimləri bu tipli layihələrdə fəal olmağa çağırıb. Eyni zamanda Dilşad Nağıyevanın müəllifi olduğu testlər toplusu kitabının məktəblərdə şagirdlər üçün səmərəli vəsait olacağını diqqətə çatdırıb və öz təbriklərini müəllifə bildirib. Sonra Dilşad Nağıyeva qalibi olduğu layihə və müəllifi olduğu kitab haqqında geniş təqdimat edib.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.