29.11.2019

"Müəllimlərin STEM tədrisi bacarıqlarının təkmilləşdirilməsi" layihəsi çərçivəsi daxilində  müəllimlər üçün   yeni  təlim  kursu başlayıb

 28 noyabr tarixindən "Müəllimlərin STEM tədrisi bacarıqlarının təkmilləşdirilməsi" layihəsi çərçivəsi daxilində  müəllimlər üçün   yeni  təlim  kursu başlayıb.

 İlk öncə təlimdə iştirak edən müəllimlərlə görüşən Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq  Nağıyev və  STEM Təhsil Mərkəzinin təlimçisi Çingiz Səlimov bu təlimin önəmi haqqında müəllimlərə məlumat verərək onlara təlimdə  uğurlar arzulayıblar.

Qeyd olunmalıdır  ki, bu layihə üzrə kecən il  yəni Təhsil Nazirliyi tərəfindən elan edilən "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"-nin   "Müəllimlərin STEM tədrisi bacarıqlarının təkmilləşdirilməsi" layihəsinin qalibi   Şamaxı şəhər 10 saylı tam orta məktəb  olub.


 


Açar sözlər: ,  ,