15 noyabr tarixində təhsil nazirinin müavini Məhəbbət xanım Vəliyeva Şamaxı şəhərinə səfəri çərçivəsində şəhər 6 saylı tam orta məktəbdə rayonun gənc müəllimləri və rayonun qabaqcıl təhsil işçiləri ilə görüşüb. Hər iki görüşdə ölkəmizdə aparılan islahatları diqqətə çatdıran nazir müavini Məhəbbət xanım Vəliyeva müəllimlərə öz tövsiyələrini verib, işlərində məsuliyyətli olmaqlarını bildirib. Eyni zamanda görüşdə təhsilin keyfiyyətinin yüksəldilməsi və inkişafı üçün müzakirələr aparılıb.
Sonda müəllimlərin sualları cavablandırılıb və təklifləri nəzərə alınıb.