12 noyabr tarixində Şamaxı Rayon Təhsil Şöbəsində növbəti Təhsilyanı Şura keçirilib. Şurada Şamaxı RTŞ-nin müdiri Namiq Nağıyev 19 oktyabr tarixində Təhsil Nazirliyi tərəfindən IX siniflər üçün keçirilən sınaq imtahanının hər bir məktəb üzrə nəticələrini ayrı-ayrı və geniş şəkildə təhlil edərək, zəif nəticə göstərən məktəblərin direktorlarına nöqsanların aradan qaldırılması üçün ciddi tapşırıq verib. Eyni zamanda həmin nəticələrin metodbirləşmə rəhbərləri və fənn müəllimləri ilədə təhlil ediləcəyini bildirib. Daha sonra gündəlikdə olan bir çox məsələlər, eyni zamanda ölkəmizi tanıyaq layihəsi, olimpiadaların keçirilməsi, qış mövsümünə hazırlıq və digər məsələlər haqqında bir çox tapşırıqlar verərək, məktəb direktorlarına işlərində məsuliyyətli olmalarını bildirib.
Sonda RTŞ əməkdaşları çıxış edərək digər məsələlər haqqında məlumat veriblər.