19 oktyabr tarixində Təhsil Nazirliyi və Şamaxı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə IX sinif şagirdlərinin buraxılış imtahanlarının II mərhələsinə hazırlıq məqsədilə monitorinq keçirilib. Monitorinq şəhər 2 və 6 saylı məktəblərdə keçirilib və 1100 şagird iştirak edib. Yüksək səviyyədə keçirilən monitorinqdə şagirdlər üç fənn üzrə 90 sualı 3 saat müddətində cavablandırıblar.
Qeyd edək ki, bu tipli monitorinqlərin keçirilməsi buraxılış imtahanlarında şagirdlərin daha sərbəst olmaları və yüksək nəticə göstərmələrinə şərait yaradır.
Monitorinq nəticələrinin yaxın günlərdə elan ediləcəyi gözlənilir.