Təhsil Nazirliyi tərəfindən elan edilən "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"-nin "riyaziyyat fənni üzrə istedadlı uşaqlarla işin təşkili" layihəsində Şamaxı şəhər 2 saylı tam orta məktəb qalib olub.
18 oktyabr tarixində Şamaxı İncəsənət Mərkəzində qeyd edilən layihənin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi, rayonun məktəb direktorları, riyaziyyat müəllimləri və digər qonaqlar iştirak ediblər.
İlk öncə Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev çıxış edərək direktor və müəllimlərə bu layihənin əhəmiyyətini izah etdikdən sonra, təhsil işçilərinə tövsiyyələr verərək, bu tip lahiyələrdə fəal iştirak etmələrini qeyd edib. Daha sonra məktəb rəhbərliyini və kollektivini bu yüksək uğura görə təbrik edib,onlara gələcəkdə daha yüksək uğurlar arzulayıb. Sonra şəhər 2 saylı tam orta məktəbin direktoru İskəndər Həsənov layihə haqqında geniş təqdimat keçirib.
Sonda rayonun qabaqcıl müəllimləri çıxış edərək öz fikir və təbriklərini çatdırıblar.