15.09.2019

Məlikçobanlı kənd tam orta məktəbinin yeni binasının açılışı olub

14 sentyabr tarixində Şamaxı rayon Məlikçobanlı kənd tam orta məktəbinin yeni binasının açılışı olubdur. Açılış mərasimində respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak ediblər.

Tam müasir standartlara uyğun olaraq, yüksək keyfiyyətlə tikilən yeni məktəb binası 360 şagird yerlik olmaqla 3 mərtəbədən ibarətdir. Məktəbdə müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları, akt zalı, yeməkxana, hərbi otağı, idman zalı, açıq havada futbol meydançası və laboratoriyalar yaradılıbdır.

Məktəbdə yaradılan şəraitlə tanış olan Mehriban xanım Əliyeva sonda yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllimlərə təbriklərinin çatdırılmağını bildiribdir.


Açar sözlər: ,  ,