06.09.2019

Direktor müavinləri və məktəbdənkənar, sinifdənxaric təşkilatçılar üçün bölmə iclası keçirilib.

4 sentyabr  tarixində Şamaxı Rayon Təhsil Şöbəsinin akt  zalında təlim tərbiyə işləri üzrə direktor müavinləri və məktəbdənkənar, sinifdənxaric təşkilatçılar üçün bölmə iclası keçirilib.

Bölmə iclasında Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev çıxış edərək qarşıdakı tədris ilində görüləcək işlər barədə tapşırıq və tövsiyyələrini verib.

 Daha sonra şöbənin aparıcı məsləhətçiləri Babalar Ağayev və Anar Osmanov çıxış ediblər.

Sonda direktor müavinlərini maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,