02.09.2019

Təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib

Şamaxı şəhər Mədəniyyət mərkəzində Şamaxı, İsmayıllı  və Qobustan rayonlarının  təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Konfransda Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Əvvəlcə Şamaxı, İsmayıllı və Qobustan rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış ediblər.

Daha sonra Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək məruzələrə öz münasibətini bildirib. 

Sonda yeni tədris ilinin prioritet məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb

Qeyd edək ki, təhsil işçilərinin sentyabr konfransları Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən keçirilir. Təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.

 


Açar sözlər: ,