Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqənin qalibləri bəlli olub.
Belə ki, Şamaxı Rayon Təhsil Şöbəsinin tabeliyindəki təhsil müəssisələrindən şəhər 2 və 10 saylı tam orta məktəblərə məxsus layihələr Ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasındadır.
Şamaxı Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 1 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.
Ümumtəhsil təhsil kateqoriyası çərçivəsində şəhər 2 saylı tam orta məktəbi "Riyaziyyat fənni üzrə istedadlı uşaqlarla işin təşkili" və şəhər 10 saylı tam orta məktəbi isə "Müəllimlərin STEM tədrisi bacarıqlarının təkmilləşdirilməsi" layihəsi üzrə, fərdi kateqoriya çərçivəsində isə şəhər 10 saylı tam orta məktəbin informatika müəllimi Qəribova Şəhla Heybət qızı "Təhsilin inkişafında istedadlı şagirdlər" layihəsi üzrə qalib olubdur.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqənin keçirilməsinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.