23.06.2019

Növbəti Təhsilyanı Şura keçirilib

21 iyun tarixində Şamaxı Rayon Təhsil Şöbəsində növbəti Təhsilyanı Şura keçirilib.

Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Babalar Ağayev tədris ilinin yekunu ilə bağlı hesabat məruzəsi ilə çıxış edib.

Təhsilyanı Şuranın sədri, RTŞ-nin müdiri Namiq Nağıyev möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının təhsilə qayğısı, müəllimlərin əmək haqqının artırılması və təhsil infrastrukturunun yaxşılaşdırılması sahəsində görülən işlərin təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayaraq, bütün görülən işlərə görə cənab prezidentə təşəkkürünü bildirdi. O, cari tədris ilində görülən işləri və mövcud olmuş nöqsanları təhlil edərək qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıqlarını verdi. Şuranın sonunda təlim-tərbiyə işində fərqlənən məktəblərə və məktəbdənkənar təhsil müəssisələrinə Fəxri Fərmanlar təqdim edilib.


Açar sözlər: ,  ,