Şamaxı şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Məmmədov Faiq Fətulla oğlu 2019-cu ilin 7-12 iyun tarixlərində Rusiyanın Soçi şəhərində keçirilən pauerliftinq idman növü üzrə Avropa çempionatında 16-17 yaş qrupunda I yerə layiq görülərək Avropa çempionu adını qazanıbdır.
Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev Məmmədov Faiqi Təhsil Şöbəsində qəbul edərək təbrik etmiş və ona gələcəkdə daha böyük uğurlar arzulayib .