05.06.2019

Dövlət İmtahan Mərkəzi tərəfindən Şamaxı Rayon Təhsil Şöbəsində tədbir keçrilib

Dövlət İmtahan Mərkəzi tərəfindən regionlarda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla “Abituriyent Məsləhət Mərkəzləri” fəaliyyət göstərir. Növbəti belə “Abituriyent Məsləhət Mərkəzi” 31 may saat 10:00-dan 17:00-dək Şamaxı Rayon Təhsil Şöbəsində fəaliyyət göstəribdir. Məsləhət mərkəzində DİM-nin Göyçay Regional Bölməsinin müdiri Elnur Qədirov abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, abituriyentin elektron ərizəsinin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və abituriyentləri maraqlandıran digər problemlər haqqında ödənişsiz köməklik göstərilib.


Açar sözlər: ,  ,