30.05.2019

28 May Respublika Gününə həsr olunan tədbir keçirilib

 Şəhər 6 saylı tam orta məktəbdə 28 May Respublika Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon Təhsil Şöbəsinin əməkdaşları, ATİAHİ-nin Şamaxı Rayon Komitəsinin sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Komitəsinin nümayəndəsi, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.

İlk öncə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Daha sonra məktəbin həyətində Respublika Günü münasibətilə ucaldılan bayraq meydanının açılışı keçirilib. Bayrağı məktəbin 8-ci sinif şagirdi sərbəst güləş üzrə Avropa çempionatına vəsiqə qazanan Fərmanov Rəvan Taleh oğlu qaldırıb.

Tədbir  şagirdlər  tərəfindən  hazirlanmış müxtəlif  musiqi nömrələri ,səhnəciklər və rəqslərlə davam etdirilib.


Açar sözlər: ,  ,  ,  ,