19.05.2019

İntellektual oyun üzrə regional məktəb çempionatı keçrilib

18 may tarixində Şamaxı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı və Şamaxı Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq hər il olduğu kimi bu ildə intellektual oyun üzrə  regional məktəb çempionatında iştirak edəcək komandanı müəyyən etmək üçün VIII-IX-X siniflərdən ibarət məktəblilər üçün rayon çempionatı keçirilib.

 Heydər Əliyev Mərkəzində keçirilən və "Nəsimi ili"-nə həsr edilən intellektual oyunda rayonun 10 ümumtəhsil məktəbinin komandası iştirak edib.

 İntellektual oyunda 3 mərhələ olmaqla, hər mərhələdə şagirdlərə 12 sual səsləndirilib. Münsiflər heyəti tərəfindən qiymətləndirilən cavablara uyğun olaraq sonda şəhər 9 saylı tam orta məktəbin komandası qalib gələrək 25 may tarixində Göyçay şəhərində keçiriləcək regional məktəb çempionatında rayonumuzu təmsil etmək hüququ qazanıbdır.

 Qeyd edək ki, belə oyunların keçirilməsində əsas məqsəd məktəblilərin intellektual və yaradıcılıq inkişafına təkan vermək, həmçinin asudə vaxtlarının daha da səmərəli keçirilməsidir. 


Açar sözlər: ,  ,  ,  ,  ,