15.05.2019

Fənn olimpiadalarının respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanan şagirdlərlə  görüş təşkil edilib

13 may tarixində Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyevin iştirakı ilə fənn olimpiadalarının respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanan şagirdlərlə təhsil şöbəsində görüş təşkil edilib.

Keçrilən tədbirdə olimpiadanin iştirakçıları-şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi Abdurahmanov Mahmud Həsən oğlu (kimya) və şəhər 9 saylı tam orta məktəbin XI sinif şagirdi Məmmədova Səyyarə Emin qızı (azərbaycan-dili və ədəbiyyat), onların təhsil aldığı məktəblərin direktorları, ixtisas müəllimləri  iştirak edib.

Təhsil Şöbəsinin müdiri şagirdləri final turunda iştirak etmək hüququ qazandığları üçün təbrik edib, onlara bir çox tövsiyyələr verərək, növbəti final turunda uğurlar arzulayıb. Həmçinin Namiq Nağıyev məktəb rəhbərlərinə və ixtisas müəllimlərinə   final mərhələsinə kimi həmin şagirdlərlə keçirilən məşğələlərin daha da intensivləşdirilməsini   tapşırıb.

Qeyd edək ki, fənn olimpiadalarının final turu 25 may tarixində keçiriləcək.