14.05.2019

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə məktəblilərin rayon birinciliyi keçirilib

     11 may tarixində Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə məktəblilərin rayon birinciliyi keçirilib. Gərgin və maraqlı idman mübarizəsində keçirilən yarışda I yerə şəhər 10 saylı, II yerə Şamaxı Avropa liseyi, III yerə isə şəhər 9 saylı tam orta məktəbin komandaları layiq görülüblər.

     Sonda qalib komandalar Şamaxı Rayon Təhsil Şöbəsi və Gənclər İdman İdarəsi tərəfindən “Diplom" və "Fəxri Fərman”larla təltif olunublar.

 

 


Açar sözlər: ,  ,  ,  ,  ,  ,