07.05.2019

Yeniyetmələrin XII respublika oyunlarında Şamaxı  məktəbliləri böyük uğur əldə ediblər

 26-30 aprel tarixlərində Balakən rayonunda keçirilən yeniyetmələrin XII respublika oyunlarında Şamaxı  məktəbliləri böyük uğur əldə ediblər.

 Şamaxı Uşaq Gənclər Şahmat-İdman məktəbinin yetirmələri olan şəhər 2 saylı tam orta məktəbin IX sinif şagirdi Hümbətov Ədalət İlqar oğlu və şəhər 6 saylı tam orta məktəbin VIII sinif şagirdi Fərmanov Rəvan Taleh oğlu I yerə, şəhər 2 saylı tam orta məktəbin VII sinif şagirdi Hümbətov Vüqar İlqar oğlu isə III yerə layiq görülüblər. I yerə layiq görülən Ədalət Hümbətov və Rəvan Fərmanov Polşada keçiriləcək Avropa çempionatında Azərbaycan milli komandasının tərkibində iştirak etmək hüququ qazanıb.

 Şagirdləri Rayon  Təhsil Şöbəsinin  müdiri Namiq Nağıyev qəbul edərək  onlara gələcək yarışlarda uğurlar arzu edib.

 Qaliblər həmçinin Rayon Təhsil Şöbəsi tərəfindən  hədiyyələr və diplomlarla da mükafatlandırılıblar.


Açar sözlər: ,  ,