2 may tarixində Şamaxı Heydər Əliyev parkında “Oxu günü” və böyük mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Hər gün oxu” şüarı altında keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması olub.
Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, qonaqlardan detektiv yazıçı Elxan Elatlı, yazıçı-şair Zahid Sarıtorpaq ,Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov çıxış edərək öz fikir və mülahizələrini bildiriblər.
Qonaqlar məktəblilərin təqdimatlarını maraqla izləyiblər.
Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdirib.
Tədbirdə rayonun müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, interaktiv yarışlar keçirilib. Həmçinin Uşaq Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqram da təqdim olunub.