02.05.2019

Pedaqoji mühazirələrin rayon mərhələsi keçirilib

28 aprel tarixdə “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin rayon mərhələsi keçirilib.

Şamaxı Rayon Təhsil Şöbəsinin əmrinə əsasən, keçirilən pedaqoji mühazirələrin rayon mərhələsində 20 pedaqoji mühazirə dinlənilib.

Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular “Şagird şəxsiyyətinin formalaşmasında mütaliənin əhəmiyyəti”, "Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır" olub.

Pedaqoji mühazirələrin şəhər mərhələsində mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn ən uğurlu 2 mühazirə müəyyənləşdirilərək ölkə mərhələsinə təqdim olunacaq.

Pedaqoji mühazirə iştirakçıları Münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilib.

Qeyd edək ki, pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

Pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

 


Açar sözlər: ,  ,