29.04.2019

“Coca-Cola məktəbli kuboku” uğrunda rayon birinciliyi keçirilib.

23 aprel  tarixində şəhər 6 saylı tam orta məktəbin idman zalında rayonun ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında futbol üzrə “Coca-Cola məktəbli kuboku” uğrunda rayon birinciliyi keçirilib.

 Gərgin və maraqlı keçən idman mübarizəsindən sonra I yerə-şəhər 10 saylı tam orta məktəb, II yerə isə Şamaxı Avropa liseyinin şagirdləri layiq görülüblər.

Sonda qaliblərə AFFA tərəfindən qiymətli hədiyyələr təqdim olunub. I yerə layiq görülmüş şəhər 10 saylı tam orta məktəbin komandası Kürdəmir rayonunda keçiriləcək zona yarışına vəsiqə qazanıb. 


Açar sözlər: ,  ,  ,  ,  ,