16.04.2019

Şahmat üzrə rayon birinciliyi keçrilib

13 aprel  tarixində Şamaxı şəhər Uşaq-Gənclər Şahmat Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş Şamaxı rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat üzrə rayon birinciliyi keçrilib.

Yarışda 44 müəllim iştirak edib.

Gərgin və maraqlı keçən idman mübarizəsindən sonra I yerə Məmmədov Yaşar Ata oğlu-şəhər 2 saylı tam orta məktəbin şahmat müəllimi, II yerə Ağayev Sabir Nüsrəddin oğlu-Şirvan kənd tam orta məktəbin riyaziyyat müəllimi, III yerə isə Süleymanov Vilayət Şahismayıl oğlu-Ərçiman kənd ümumi orta məktəbin rus dili müəllimi layiq görülüblər.

 Sonda qaliblər Şamaxı Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanları və ATİAHİ-nin Şamaxı rayon komitəsinin Fəxri Fərmanı və pul mükafatı ilə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,