5 aprel tarixində Şamaxı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun bütün ümumtəhsil məktəblərində təhsil alan IX sinif şagirdləri üçün buraxılış imtahanlarının II mərhələsinə hazırlıq məqsədi ilə monitorinq keçirilib.
2 mərkəzdə təşkil edilən monitorinqlərdə 990 şagird iştirak edib. Şagirdlər Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanları modelinə uyğun olaraq 2 saat 15 dəqiqə ərzində ana dili, riyaziyyat və xarici dil fənləri üzrə 90 suala cavab veriblər.
Cavablar 3 gün ərzində elan olunacaqdır.