29 mart tarixində Şamaxı Rayon Təhsil Şöbəsinin akt zalında Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin təşkilatçılığı ilə hərbi rəhbərlərin seminarı keçirilib.
Seminarda RTŞ-nin müdiri Namiq Nağıyev, Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov və Səfərbərlik İdarəsinin nümayəndələri iştirak ediblər.
RTŞ-nin müdiri Namiq Nağıyev rayonda Gənclərin Çağırışaqədərki Hərbi Hazırlığı dərslərinin tədrisi ilə bağlı mövcud vəziyyət barədə çıxış edərək bu sahədəki problemlərə toxunmuş, şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasında bu fənnin əhəmiyyətini diqqətə çatdırmışdır.
Görüşdə hərbi rəhbərlərə 5 aprel tarixində keçiriləcək “Şahin” hərbi-idman oyunlarının rayon turuna ciddi şəkildə hazırlaşmaları tapşırılaraq, işlərində məsuliyyətli olmaları diqqətə çatdırılıb.