31 mart 2019-cu il tarixdə Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Yarışlar Bakı şəhərində 6, Sumqayıt, İsmayıllı, Şirvan, Şəki, Ağdaş, Gəncə, Mingəçevir, Şəmkir, Xaçmaz, Lənkəran və Naxçıvan Muxtar Respublikasında hər birində 1 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə baş tutacaq.
Şamaxı rayon ümumtəhsil məktəblərindən 33 nəfər şagird İsmayıllı rayonu 3 nömrəli məktəb-liseydə təşkil ediləcək imtahan mərkəzində imtahan verəcəkdir. Bu münasibətlə Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev şəhər 6 saylı tam orta məktəbin akt zalında yarımfinal turunda iştirak edəcək şagirdlər, onların fənn müəllimləri, məktəb direktorları və valideynləri ilə görüş keçirdib. Görüşdə Təhsil Şöbəsinin müdiri şagirdlərə olimpiadaların yarımfinal turunda uğurlar arzulayaraq, onlara öz tövsiyyələrini verib. Eyni zamanda direktor və müəllimlərə gələcək olimpiadalara hazırlığın təşkili üçün daha ciddi işlərin görülməyinin vacibliyini qeyd edib.
Sonda müəllim, valideyn və şagirdlərin sualları cavablandırılıb.
Şagirdlərimizə 31 mart tarixində uğurlar arzulayaraq,onlardan final turuna vəsiqə qazanmalırını gözləyirik.