27.03.2019

"Ölkəmizi tanıyaq" tur-aksiyasının növbəti mərhələsi başa çatıb

"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Şamaxı rayon ümumtəhsil məktəblərinin IX-X-XI siniflərində təhsil alan 40 nəfərdən ibarət şagird qrupunun Gəncə-Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz rayonlarına 3 günlük gəzintisi başa çatıb.

 Şagirdlərimiz 3 gün müddətində qeyd edilən rayonları gəzərək, onların tarixini və mədəni irsi adət-ənənələrini öyrəniblər.

 “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Şamaxı rayonunun komandası breyn-rinq intellektual bilik yarışmasında 24 komanda arasında 2-ci yerə layiq görülüblər. 2014-cü ildən təşkil olunan bu turlarda Şamaxı rayonunun komandası ilk dəfə belə böyük uğur qazanıbdır.

Turda iştirak edən müəllim və şagirdlər  26 mart tarixində rayonumuza qayıdıblar.


Açar sözlər: ,  ,  ,  ,