Şamaxı rayonunun ümumi təhsil məktəblərində “Novruz gəlir yaz gəlir” adlı silsilə Novruz bayramı şənlikləri keçirilib.
Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə keçirilən tədbirlərdə məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Şənliklərdə Novruz bayramının özünəməxsus xüsusiyyətlərindən söz açılıb, bu bayramın xalqımızın ən böyük milli bayramı olduğu vurğulanıb. Çıxış edənlər təbiətin oyanışının rəmzi olan bu bayramın özü ilə bərabər ruzi-bərəkət, yüksək əhval-ruhiyyə, həyata qaynarlılıq gətirdiyini qeyd ediblər.
Tədbilərdə həm də bu kimi bayramların gələn il Qarabağda kecirilməsinə əminliklər də ifadə olunub.