5 mart tarixdə Şamaxı Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura keçirilib.
Təhsilyanı şurada Təhsil Şöbəsinin əməkdaşları və məktəb direktorları iştirak ediblər.
Şöbəyə yeni müdir təyin edilən Namiq Nağıyev çıxış edərək məktəb direktorlarına bir çox tapşırıqlar verərək, onlara gələcək işlərində daha da məsuliyyətli olmalarını və işlərində ciddi dönüş yaratmalarını bildirib.Qarşıdan gələn IX sinif buraxlış imtahanının ilk mərhələsinin keçirilməsi ilə əlaqədar taşırıqlar verərək,imtahanla əlaqəli bütün təşkilatı işlərin yüksək səviyyədə keçirilməsini direktorların diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Təhsil Şöbəsinin əməkdaşları bir çox məsələlərlə bağlı çıxışlar ediblər.