07.03.2019

Məktəbli şagirdlər arasında tir atıcılığı üzrə rayon birinciliyi keçirilib

 Şamaxı rayon Gənclər və İdman İdarəsi, Şamaxı Olimpiya Mərkəzi ilə birgə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq məktəbli şagirdlər arasında 25 fevral 2019-cu il tarixində Şamaxı Olimpiya Mərkəzində “ Xocalı Soyqırımına” həsr olunmuş tir atışı üzrə rayon birinciliyi keçirilib. Keçirilən yarışa şəhərin 10 ümumtəhsil tam orta məktəbi üzrə 50 nəfər şagirdi cəlb edilib. Tədbirdə Şamaxı RTŞ-nin metodisti Vaqif Qasımov, Şamaxı rayonu Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayev də iştirak edib.

Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov açıq elan etdikdən sonra Şamaxı Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayev və Şamaxı Təhsil şöbəsinin metodisti Vaqif Qasımov çıxış edərək məktəb şagirdlərinə uğurlar arzu etdilər. Məktəblər ardıcıllıqla tir atıcılığı üzrə çıxış etdikdən sonra hakimlər tərəfindən aşağıda adları göstərilən komandalar qalib oldular. Şamaxı şəhər 9 saylı tam orta məktəbin komandası I yerə, Şamaxı THTFT təmayüllü internat tipli lisey II yerə, Şamaxı şəhər Avropa liseyinin komandası III yerə layiq görüldülər. Qalib gəlmiş komandalar Şamaxı rayon Gənclər və İdman İdarəsi və Şamaxı Olimpiya Mərkəzi tərəfindən müvafiq diplom, qiymətli hədiyyələr, kuboklar və medallar ilə təltif olundular.

 Sonda Şamaxı rayonunda idmana göstərdiyi dəstəyə görə RTŞ-nin metodisti Vaqif Qasımov Olimpiya Kompleksinin rəhbərliyi tərəfindən diplomla təltif olundu 

 


Açar sözlər: ,  ,  ,  ,