14.02.2019

Modul tipli tədris binası istifadəyə verilib

 14 fevral  tarixdə Talışnuru  kənd tam orta  məktəbinin  56 yerlik modul tipli tədris binası istifadəyə verilib. Keçirilən açılış mərasimində Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları,yerli icra nümayəndəsi və bələdiyyə sədri, kənd camaatı və məktəb kollektivi iştirak ediblər.Çıxış edən natiqlər  ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar.

Digər çıxışlarda isə  respublikamızın bütün bölgələrində olduğu kimi, Şamaxı rayonunda da ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən işlərdən, həyata keçirilən layihələrdən söz açılıb. Diqqətə çatdırılıb ki, tezliklə bu qəbildən olan daha bir neçə məktəb binası istifadəyə veriləçək.

Açılış mərasimində kənd bələdiyyəsinin sədri Sədaqət Əsgərov, habelə valideynlər çıxış edərək təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda qonaqlar yeni binada müasir inventar və avadanlıqla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri ilə tanış olublar.