11.02.2019

Voleybol üzrə məktəblilərin rayon spartakiadası keçirilib

9 fevral tarixində  şəhər 9 saylı tam orta məktəbin idman zalında voleybol üzrə məktəblilərin rayon spartakiadası keçirilib.Gərgin və maraqlı idman mübarizəsindən sonra qaliblər elan olundu.Qızlar arasında I yerə Mədrəsə qəsəbə, II yerə şəhər 6 saylı, III yerə şəhər 9 saylı tam orta məktəbin komandaları layiq görüldülər.Oğlanlar arasında I yerə Əngəxaran kənd, II yerə Şamaxı Avropa liseyi, III yerə şəhər 6 saylı tam orta məktəbin komandaları layiq görüldülər.

Qaliblər Şamaxı RTŞ-si və Şamaxı rayon Gənclər və İdman İdarəsinin Fərxi Fərmanları ilə təltif olunublar.


Açar sözlər: ,  ,  ,