14 yanvar 2019-cu il tarixdə Rayon Təhsil Şöbəsinin akt zalında Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydalarında edilən dəyişikliklərlə əlaqədar seminar keçirilib.Seminarda Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları,məktəb direktorları,eləcədə tədris işləri üzrə direktor müavinləri iştirak ediblər.Təhsil Şöbəsinin əməkdaşları tərəfindən Təhsil nazirliyi tərəfindən yeni qaydalarla bağlı verilən təlimatlar məktəb rəbərlərinin diqqətinə çatdırılıb.
Sonda qarşlıqlı müzakirələr keçirilərək,direktor və müavinləri maraqlandıran suallar cavablandırılıb.