17.12.2018

10 dekabr 2018-ci il tarixində "Hyatt Regency" otelində forum keçirilib

10 dekabr 2018-ci il tarixində "Hyatt Regency" otelində Gənclər və İdman Nazirliyinin,Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum keçirilib. Forum çərçivəsində gənclərin iştirakı ilə insan hüquqlarının təhsili üzrə “Kompas” və gənclərin ictimai həyatda yerli və regional səviyyədə iştirakına dair “Öz sözünü de” təlimat vəsaitlərinin Azərbaycan dilinə tərcümə edilmiş versiyalarının təqdimatı olub. Forumun məqsədi Azərbaycanda insan hüquqları və vətəndaşlıq təhsili üzrə fikir mübadiləsi aparmaq üçün gənclər, təhsil və insan hüquqları sahəsində fəaliyyət göstərən tərəfdaşları və iştirakçıları bir araya toplamaqdır.Forumun açılışında Gənclər və İdman naziri Azad Rəhimov,Milli Məclisin vitse-spikeri Bahar Muradova,Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes,İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova və digər qonaqlar iştirak edib.Forumda rayonumuzu şəhər 10 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Toğrul Şıxıyev təmsil edib,beynəlxalq dərəcəli təlimçi vəzifəsini alaraq sertifikatla təltif edilib.