09.11.2018

Şamaxıda Dövlət Bayraq günü münasibətilə tədbir keçirilmişdir

        Noyabrın 8-də Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində şəhər 1 saylı tam orta məktəb Təhsil Şöbəsinin və Rayon Gənclər,İdman İdarəsinin dəstəyi ilə Dövlət Bayraq gününə həsr edilmiş möhtəşəm bayram tədbiri keçiriblər.Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilmiş tədbirdə çıxış edənlər bu günün tarixindən söz açmış, Azərbaycan Respublikasının Dövlət Bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edildiyini və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğunu bildirmişlər. Üçrəngli bayrağın bir daha 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildiyi qeyd olunmuş, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etdiyi vurğulanmışdır.


Açar sözlər: ,  ,