07.10.2018

Şamaxı rayonunda 5 oktyabr "Beynəlxalq müəllimlər günü" qeyd edilib

        Şamaxı rayon Şirvangöl şadlıq sarayında  5 oktyabr "Beynəlxalq müəllimlər günü"-nə həsr edilmiş bayram tədbiri keçirilib.Bayram  tədbirində  Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Gülnisə Ələkbərova,Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev,ATİAHİ-nın Şamaxı rayon komitəsinin sədri Fatmaxanım Quliyeva,təhsil işçiləri,məktəb direktorları və müəllimlər iştirak ediblər.

        Tədbir yüksək əhval-ruhiyyədə,Şamaxı Şəhər İncəsənət Mərkəzinin kollektivinin ifasında musiqi və rəqsləri ilə davam etdirilib.Sonda il ərzində fərqlənən məktəb direktorlarına və müəllimlərə fəxri fərmanlar təqdim edilib.


Açar sözlər: ,  ,