S.M.Qənizadə adına şəhər 1 saylı tam orta məktəbin 80 illik yubileyi qeyd edilib. Yubiley tədbirində Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri,Təhsil Şöbəsinin müdiri,təhsil işçiləri,məktəb direktorları,ziyalılar,məktəbin məzunları və kollektivi iştirak ediblər.
Eyni zamanda məktəbi müxtəlif vaxtlarda bitirib və hal-hazırda müxtəlif sahələrdə çalışan xeyli sayda məzunlar da tədbirdə iştirak ediblər.Qeyd edək ki,şəhər 1 saylı tam orta məktəbi bitirən məzunlar arasında akademiklər,professorlar və digər mühüm vəzifədə çalışan xeyli sayda şəxs vardır.
Yubiley tədbiri yüksək səviyyədə keçirilib.Sonda şagirdlərin ifasında şerlər söylənilib,musiqilər səslənib,rəqslər ifa edilib.