Qobustan Rayon Təhsil Şöbəsi ilə əməkdaşlıq davam edir.Təhsil nazirinin əmrinə əsasən rayonumuzun Təhsil Şöbəsi və Qobustan Rayon Təhsil Şöbəsi arasında pedaqoji əməkdaşlıq yaradılıb.
Belə ki,əmrin icrasına əsasən ötən tədris ili ərzində ilk öncə Qobustan Rayon Təhsil Şöbəsinin əməkdaşları,məktəb direktorları və müəllimləri rayonumuzun məktəblərində olaraq əməkdaşlıq ediblər.Bir neçə məktəbdə müəllim və şagirdlərlə görüşərək,açıq dərsləri dinləyiblər.
Daha sonra rayonumuzun Təhsil Şöbəsinin əməkdaşları və təhsil işçiləri Qobustan rayonunda olaraq pedaqoji əməkdaşlığı davam etdirərək,qarşılıqlı fikir mübadilələri aparıblar.