03.05.2018

 "Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda elmi-praktiki konfrans keçirilib.

        Mayın 2-də Sabir qəsəbə tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda elmi-praktiki konfrans keçirilib.Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin və Şamaxı Rayon Təhsil Şöbəsinin əməkdaşları,Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının və Şamaxı Dövlət Regional Kollecinin,Şamaxı İncəsənət Təhsili Mərkəzinin müəllim, tələbə,şagird kollektivi,ümumtəhsil məktəbliləri və Qobustan Rayon təhsil işçiləri iştirak ediblər.

       Sonda tədbir iştirakçılarına Şamaxı İncəsənət Təhsil Mərkəzi şagirdlərinin hazırladıqları konsert proqramı təqdim olunub.


Açar sözlər: ,