19.04.2018

Əməkdaşlıq davam edir

        Təhsil Nazirinin 05 yanvar 2018-ci il tarixli 21 nömrəli əmrinə əsasən  Şamaxı Rayon Təhsil Şöbəsi ilə Qobustan Rayon Təhsil Şöbəsi arasında bir çox pedaqoji əməkdaşlıq tədbirləri həyata keçirilib.

        Növbəti əməkdaşlıq  isə Qobustan Rayon Təhsil Şöbəsinin əməkdaşları və təhsil işçilərinin rayonumuza səfəri olmuşdur.Səfər çərçivəsində Şamaxı Rayon Təhsil Şöbəsində görüşlər keçirilmiş,Şamaxı rayon ümumtəhsil məktəblərində pedaqoji heyət və şagirdlərlə görüşlər olmuş,bir çox qabaqcıl müəllimlərin dərsləri dinlənilmiş,pedaqoji təcrübələrin qarşılıqlı öyrənilməsi məqsədilə  müzakirələr aparılmışdır.

        Qeyd edək ki,tədbirlər planına uyğun olaraq Şamaxı Rayon Təhsil Şöbəsinin əməkdaşları və digər təhsil işçilərinin yaxın vaxtlarda Qobustan rayonuna səfəri olacaqdır.


Açar sözlər: ,  ,