01.04.2018

     “Ölkəmizi tanıyaq” 

    Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şamaxının ümumtəhsil məktəblərinin əlaçı və nümunəvi şagirdlərindən ibarət qrupu martın 26-da səhər saatlarında Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə respublikamızın qərb bölgəsinə yola salınmışdır.Rayon İcra Hakimiyyəti ilə Təhsil Şöbəsinin rəhbərliyi,təhsil işçilərinin və valideynlərin iştirakı ilə Şamaxı şəhərindəki Heydər Əliyev mərkəzinin qarşısında keçirilən yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzi parkında müasir Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə çiçəklər düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.Tur-aksiya iştirakçıları musiqi sədaları altında şən ab-havada rəqs etmiş,Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin çıxışlarına tamaşa etmişlər.

    Müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Gəncə şəhərinə yola düşmüşlər.


Açar sözlər: ,  ,