09.03.2018

  “Novruz mühazirəsi” keçirilib

    Fevralın 27-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində ilk “Novruz mühazirəsi” keçirilib.Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib. Ölkəmizin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, İran, Çexiya, Çin, Banqladeş, Yunanıstan və digər ölkələrdən 30 nəfər əcnəbi tələbə də iştirakçılar sırasında olub.Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib və önünə əklil qoyulub.Daha sonra qonaqlar Şamaxı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.Səfər iştirakçıları 1918-ci ildə Şamaxı soyqırımı zamanı ən böyük qırğınların törədildiyi Cümə məscidinə baş çəkiblər.Tədbir Şamaxı şəhəri İncəsənət Təhsili Mərkəzində davam etdirilib.


Açar sözlər: ,