12.02.2018

  Bir qrup gənc müəllim Təhsil Nazirliyinin rəhərliyi ilə görüşüb.

   Fevralın 1-də Gənclər Günü ərəfəsində imtahanlarda yüksək nəticə göstərən bir qrup gənc müəllimlə görüş keçirilib.Tədbirdə rayonumuzu Şamaxı Avropa liseyinə bu il yüksək bal toplayaraq ibtidai sinif müəllimi təyin edilən İsmayılova Günel Arif qızı təmsil etmişdir.Əvvəlcə tədbir iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər. Daha sonra Təhsil Nazirliyinin rəhbər heyəti və müəllimlər Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının tamaşasını izləyiblər.Sonra təhsil naziri vəzifələrini icra edən cənab Ceyhun Bayramov gənc müəllimləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulamış,onlara Təhsil Nazirliyinin "Təşəkkürnamə"-sini və hədiyyələr təqdim etmişdir.Biz  də Təhsil Nazirliyinin "Təşəkkürnamə"-sinə layiq görülən gənc müəllimimiz İsmayılova Günel Arif qızını təbrik edir,ona gələcək pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.Qeyd edək ki,"Təşəkkürnamə" gənc müəllimlərə nazir vəzifələrini icra edən cənab Ceyhun Bayramovun əmri ilə müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən,gənc nəslin təlim-tərbiyəsindəki səmərəli fəaliyyətlərinə görə və 2 fevral "Gənclər günü" münasibətilə təqdim edilib.


Açar sözlər: ,  ,