21.10.2017

    Qardaşlaşmış məktəblər lahiyəsi çərçivəsində Şamaxı rayonundan Çexiya Respublikasına nümayəndə heyəti səfərə getmişdir.

   10-14 sentyabr 2017-ci il tarixlərində Şamaxı rayon Qaravəlli kənd tam orta məktəbi ilə Çexiya Respublikasının Studnice kənd orta məktəbi ilə qardaşlaşmış məktəblər lahiyəsi çərçivəsində Şamaxı rayonundan Çexiya Respublikasına nümayəndə heyəti səfərə getmişdir.Nümayəndə heyətinin tərkibində Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri,Qaravəlli kənd bələdiyyəsinin sədri,Qaravəlli kənd tam orta məktəbinin direktoru və həmin məktəbin iki müəllimi olmuşdur.Şamaxıdan gedən qonaqlar Çexiya parlamentində,Çexiya Təhsil Nazirliyində,ölkəmizin Çexiyadakı səfirliyində,Studnice kənd bələdiyyəsində,Studnice kənd orta məktəbində və uşaq bağçasında rəsmi görüşlər keçirmişlər.Məktəbdə keçirilən rəsmi görüş zamanı həmin məktəblə Qaravəlli kənd tam orta məktəbi ilə "Dostluq memorandumu" imzalanmışdır.Bunlardan başqa Qaravəlli kənd tam orta məktəbini təmir edəcək dəstənin rəhbəri memar-mühəndislə də rəsmi görüş keçirilmişdir.Eyni zamanda nümayəndə heyətimiz Çexiyanın paytaxtı Praqa şəhərinin tarixi və gəzməli yerlərində gəzintidə olmuşlar.Qeyd edək ki,yaxın zamanda Çexiya respublikası tərəfindən Qaravəlli kənd tam orta məktəbinin əsaslı təmir edilməsi gözlənilir.


Açar sözlər: