21.10.2017

   Şamaxı məktəblərinin məzunları ilə görüş keçirilib.

   12 sentyabr 2017-ci il tarixdə Şamaxının millət vəkili Elxan Süleymanov rayon mərkəzindəki qərargahında yüksək balla ali məktəbə daxil olmuş Şamaxı məktəblərinin məzunları ilə görüş keçirib. Görüşdə həmçinin 2014-cü ildən bəri ən yüksək balla ali məktəblərə qəbul olunmuş tələbələr, eləcə də millət vəkilinin təşəbbüsü və dəstəyi ilə keçirilən yeddinci Sabir Bədii Qiraət Müsabiqəsinin qalibləri iştirak edib.Görüşdə çıxış edən millət vəkili Elxan Süleymanov bu görüşlərin artıq ənənəyə çevrildiyini vurğulayaraq, məzunları tələbə adı almaları münasibəti ilə təbrik edib, onlara öz tövsiyələrini çatdırıb və yeni dərs ilində uğurlar arzulayıb. Görüş iştirakçılarına Şamaxının millət vəkili Elxan Süleymanovun təsis etdiyi təqaüdlər təqdim olunub.Tədbirin sonunda millət vəkili Elxan Süleymanov görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.


Açar sözlər: