21.10.2017

   Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

  06 sentyabr 2017-ci il tarixdə Şamaxıda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.Mədəniyyət sarayında keçirilən konfransda Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev 2016-2017-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmişdir.Sonra məruzə ətrafında şəhər 2 saylı tam orta məktəbin direktoru İsgəndər Həsənov, Qurdtəpə kənd tam orta məktəbinin direktoru Yeganə Nəbiyeva,Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova,bu il işə qəbul imtahanında yüksək balla Şamaxı Avropa liseyinə təyin olunmuş gənc müəllim Günel İsmayılova və 2017-ci ildə keçirilən qəbul imtahanında 680 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş məzun Şəhla Musayeva ətraflı çıxış etmişlər.Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova və Təhsil Nazirliyinin İnformasiya şöbəsinin böyük məsləhətçisi Səadət Veyisova çıxış etmişlər.Sonda 600-dən yuxarı bal toplamış 6 məzun rayon icra Hakimiyyətinin başçısının adından fəxri fərmanla təltif edilmiş, onlara qiymətli hədiyyələr və pul mükafatları təqdim olunmuşdur.

 


Açar sözlər: