20.04.2017

   Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müəllimlər arasında şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

   11 aprel 2017-ci il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şamaxı rayon komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müəllimlər arasında şahmat üzrə rayon birinciliyi keçirmişdir.Yarışda I yerə şəhər 2 saylı tam orta məktəbin müəllimi Məmmədov Yaşar,II yerə Meysəri kənd tam orta məktəbin müəllimi Ağayev Sabir,III yerə şəhər 10 saylı tam orta məktəbin təşkilatçı müavini Əliyev Kabuz layiq görülmüşdür.Sonda qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər.


Açar sözlər: