05 mart 2017-ci il tarixdə şəhər 1 saylı tam orta məktəbdə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Şamaxı rayon ümumtəhsil məktəblərinin də VI-VII sinif şagirdləri üçün fənn müsabiqəsinin birinci mərhələsi keçirilmişdir.Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində Şamaxı rayonu üzrə 127 şagird iştirak etmişdir.Şagirdlərə fənlər üzrə 25,məntiq elmi üzrə 25,ümumilikdə 50 qapalı tipli test sualları təqdim edilmişdir.Fənn müsabiqəsi yüksək səviyyədə həyata keçirilmişdir.İki mərhələdən ibarət olan fənn müsabiqələrinin final mərhələsinin cari ilin iyun ayında keçirilməsi planlaşdırılır.
Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.
Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, şagirdlər fərdi mükafatlandırılmaqla bərabər, rayon və şəhərlərin reytinq cədvəlinə uyğun olaraq ölkə üzrə qalib komandalar müəyyən ediləcək. Yüksək nəticə göstərmiş şagirdlərin fənn müəllimləri də təltif olunacaq. Eyni zamanda ölkə üzrə istedadlı şagirdlər bazası yaradılacaq və həmin şagirdlər müvafiq fənlər üzrə müxtəlif beynəlxalq fənn və layihə olimpiadalarına hazırlıqlara dəvət ediləcəklər.