20.02.2017

    “Gənc nəsil–Yeni intellekt” layihəsinin final mərhələsi keçirilmişdir.

     04 fevral 2017-ci il tarixdə Şamaxı “Şirvan” otelinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi Şıxıyev Vasif Vaqif oğlunun təşkil etdiyi “Gənc nəsil–Yeni intellekt” layihəsinin final mərhələsi həyata keçirilmişdir.Şamaxı rayon ümumtəhsil məktəblərində təhsil alan IX sinif şagirdləri üçün “Azərbaycan tarixi” mövzusunda təşkil edilmiş bu layihə Şamaxı Rayon Təhsil Şöbəsinin və Şamaxı Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə yüksək səviyyədə keçirilmişdir. Layihənin final mərhələsində Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev,Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, təhsil işçiləri və müxtəlif təşkilatlardan dəvət olunmuş qonaqlar iştirak etmişlər.3 ay ərzində həyata keçirilən intellektual layihənin final mərhələsində şəhər 3 saylı tam orta məktəbinin “Mübariz”,9 saylı tam orta məktəbin “Şirvanşah”,10 saylı tam orta məktəbin “Buta” və THTFT liseyin “Odlar yurdu” komandaları rayon birinciliyi uğrunda mübarizə aparıblar.Gərgin bilik mübarizəsi şəraitində keçirilən intellektual oyunda şəhər 3 saylı tam orta məktəbin “Mübariz” komandası qalib gələrək “Gənc nəsil – Yeni intellekt” layihəsinin qalibi olmuşdur.Sonda qalib komandaya diplom,hədiyyələr və kubok təqdim edilmişdir.Təhsil Şöbəmizin əməkdaşı Osmanov Anar isə fond tərəfindən bu lahiyənin keçirilməsində etdiyi köməkliyə görə “Təşəkkürnamə" ilə təltif edilmişdir. Bizdə qalib olan şəhər 3 saylı tam orta məktəbin kollektivini təbrik edir,onlara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.